Nadir rast gəlinən xərçəng növləri açıqlanıb
Qulaq, böyrəküstü vəz, beyin və mərkəzi sinir sisteminin digər hissələrində yaranan bədxassəli şişlər ən nadir onkoloji xəstəliklər sırasındadır.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu şişlərə həm kişilərdə, həm də qadınlarda nadir hallarda rast gəlinir. Xəstəliyin az yayılması onların tibbi əhəmiyyətini azaltmır. Əksinə, belə halların az olması həkimlərdən xüsusi diqqət və təcrübə tələb edir.
Kaprin qeyd edib ki, regional klinikalarda çalışan həkimlər peşə fəaliyyətləri boyunca müəyyən nadir şiş növü olan cəmi bir neçə xəstə ilə qarşılaşa bilərlər. Buna görə də nadir onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi xüsusi yanaşma tələb edir.
Oxşar xəbərlər
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Güləş Feder...