Paytaxtın bu hissəsində qaz təchizatında fasilə yaranacaq
19
okt
2026
14:13
Sabah saat 09:00-dan Bakının Yasamal və Nəsimi rayonlarının, Səbail rayonunun böyük hissəsinin, Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, Vorovski və Xutor yaşayış massivlərinin, Sulutəpə və Xocasən qəsəbələrinin və Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb SOCAR-ın "Qaz İxrac" İdarəsinin yeni çəkdiyi kəmərin mövcud yüksək təzyiqli magistral kəmərə birləşdirilməsidir.
Oxşar xəbərlər
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib. Bildirilib ki, yeni təyin olunmuş nazir Anar Bay...