Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu"
Vətən müharibəsi zamanı Gəncəyə endirilən beşinci və miqyasına görə ən ağır raket zərbəsindən altı il ötür.
2020-ci il oktyabrın 17-də gecə saat 01:00-də şəhərin Aida İmanquliyeva küçəsinə ballistik raketlə hücum edilib. Nəticədə 15 mülki şəxs həlak olub, 100-ə yaxın insan yaralanıb. Onlarla ev və müxtəlif təyinatlı tikili dağıdılaraq yararsız hala düşüb.
Vətən müharibəsindən ötən müddətdə dağılan tikililər bərpa edilərək sakinlərə qaytarılıb, dəymiş maddi ziyana görə kompensasiya ödənilib. Lakin raket hücumu nəticəsində doğmalarını itirən insanların ağrısı sağalmayan yara kimi qalıb. Bu faciə onların yaddaşında Vətən müharibəsinin ən ağır izlərindən biri kimi yaşayır.
Gəncə sakini Ramiz Qəhrəmanov həmin dəhşətli gecədə baş verənləri danışıb.
"Güclü səsə oyandım. Sanki yuxuda idim. Başımı qaldıranda gördüm ki, tavan uçub, hər yan darmadağın olub. Telefonla nəvələrimə zəng etdim, amma cavab verən olmadı. Qızım və üç nəvəm həlak oldular. Bu yaranı sağaltmaq çox çətindir. Həmin yara yaşadığım müddətdə mənimlə qalacaq", - deyə o bildirib.
Oxşar xəbərlər
Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı
Bakıda sirk sevərləri həyəcanla gözlədiyi "The World of Adrenaline" adlı beynəlxalq şounun proqramı açıqlanıb. BAKU.WS xəbər verir ki, dünyanın müxtəlif ölkələr...