Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı
Bakıda sirk sevərləri həyəcanla gözlədiyi "The World of Adrenaline" adlı beynəlxalq şounun proqramı açıqlanıb.
BAKU.WS xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn peşəkar truppa izləyicilərə adrenalin dolu çıxışlar təqdim etməyə hazırlaşır.
Mərhələli şəkildə hazırlanan proqramda braziliyalı kaskadyorların nəfəs kəsən tryukları, incəliklə işlənmiş atlı şoular, yüksəklikdə möcüzələr yaradan hava gimnastları, akrobatlar və uşaqların sevimlisi olan kloun çıxışları yer alacaq.
Layihənin təşkilatçısı, nüfuzlu "Sirk Oskarı" mükafatçısı Allahverdi İsrafilovun təşəbbüsü ilə şounun açılışı xeyriyyə məqsədilə təşkil olunub.
Oktyabrın 17-də keçirilən ilk tamaşada şəhid və qazi övladları, valideyn himayəsindən məhrum olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar proqramı tam ödənişsiz izləmək imkanı əldə ediblər.
Adrenalin həvəskarları üçün şoular noyabrın 29-dək hər həftənin şənbə və bazar günləri saat 12:30 və 15:30-da "Circus Sea Breeze" səhnəsində təqdim olunacaq.
Oxşar xəbərlər
Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır
Bu gündən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri olan "The World of Adrenaline" tamaşaçılara təqdim olun...