Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
Video
Siyasət 30

Azərbaycanda keçirilən "Şahinlərin Görüşü - 2026" birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Uçuşların gedişatında hərbi qulluqçular çətin pilotaj elementlərini icra edərək havada koordinasiya və döyüş tapşırıqlarının yerinə yetirilməsi istiqamətində praktiki təcrübələrini ortaya qoyublar.

Vurğulanıb ki, hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdirərək müəyyənləşdirilmiş tapşırıqları dəqiq şəkildə həyata keçiriblər.

Son xəbərlər