Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib
Yunanıstanda yaşayan azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsi müzakirə edilib.
Bu barədə BAKU.WS-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitə sədrinin Yunanıstana səfəri çərçivəsində paytaxt Afinada keçirilən görüşdə bu ölkədəki Azərbaycan icmasının fəaliyyəti, milli həmrəyliyin gücləndirilməsi və gələcək təşəbbüslərin dəstəklənməsi məsələləri diqqət mərkəzinə gətirilib.
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov çıxışında bildirib ki, icma görüşü xaricdə yaşayan azərbaycanlıların daim dövlətin diqqətində olduğunu göstərir. Səfir həmçinin Yunanıstanda yaşayan soydaşların yerli cəmiyyətə inteqrasiyasından, Azərbaycanın tanıdılması istiqamətində uğurlu təşəbbüslərindən danışıb.
Fuad Muradov isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid milli kimlik ətrafında birləşməsinə, sürətli icmalaşma prosesinə böyük töhfə verdiyini söyləyib.
Komitənin layihə və proqramları barədə müfəssəl məlumat verən sədr qeyd edib ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların koordinasiyalı fəaliyyətinin gücləndirilməsi, ölkəni uğurla təmsil etmələri istiqamətində mühüm irəliləyiş əldə olunub.
Daha sonra Şərqi Avropa Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Yunanıstanın Afina şəhəri üzrə koordinatoru seçilib. Koordinator Yunanıstanda yaşayan azərbaycanlıların təşkilatlanması ilə bağlı fikir və təkliflərini səsləndirib.
Qalereya
Oxşar xəbərlər
Bakıda keçirilən NATO təlimi başa çatıb
Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci s...