Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır"
"Bu layihə yalnız əyləncə xarakteri daşımır, həm də yerli sirk sənətinin dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edir. Əsas hədəf milli ənənələri qoruyaraq azərbaycanlı artistləri dünya miqyasında tanıtmaqdır".
BAKU.WS xəbər verir ki, bu sözləri "The World of Adrenaline" sirk şousunun təşkilatçısı, nüfuzlu "Sirk Oskarı" mükafatçısı Allahverdi İsrafilov jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, bu çərçivədə bir sıra mühüm addımların atılması planlaşdırılır. Bunlardan biri
gənc istedadların uşaqlıqdan peşəkar səviyyədə yetişdirilməsidir.
Eyni zamanda, Azərbaycanda böyük sirk festivallarının keçirilməsi və yerli artistlərin xaricdəki nüfuzlu yarışlara inteqrasiyası və yerli mütəxəssislərin hazırladığı orijinal sirk nömrələrinin dünya səhnələrində təqdim edilməsidir.
Qeyd edək ki, adrenalin həvəskarları üçün şoular noyabrın 29-dək hər həftənin şənbə və bazar günləri saat 12:30 və 15:30-da "Circus Sea Breeze" səhnəsində təqdim olunacaq.
Oxşar xəbərlər
Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib. BAKU.WS paylaşımı təqdim e...