"Neftçi" Azərbaycan çempionatlarında səfərdə 700-cü qolunu "Qarabağ"a vurub

Neftçi Azərbaycan çempionatlarında səfərdə 700-cü qolunu Qarabağa vurub
İdman 7

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, Misli Premyer Liqasının VIII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

"Ağ-qaralar" rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıb. Bakılılar bu göstəricidə yalnız "Qarabağ"dan geri qalır.

Qeyd edək ki, "ağ-qaralar" səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda "Avtomobilçi"nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər