Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb
Qaxda məktəbdə yıxılan şagird xəsarət alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Zəyəm kəndində baş verib.
Kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb.
9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssəsinə göndərilib.
Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-da davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış...
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ü...