Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış...

Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış...
Foto
Hadisə 78

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanması və satışı ilə məşğul olan qanunsuz obyektin fəaliyyət göstərməsi faktı aşkar edilib.

BAKU.WS bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Baş idarə tərəfindən həmin ünvanda keçirilən operativ nəzarət tədbiri zamanı müəyyən olunub ki, fərdi yaşayış evi rəsmi icarə müqaviləsi bağlanmadan şifahi razılaşmaya əsasən İsmayılov Elnur Qəhrəman oğluna icarəyə verilib. Bu şəxs qeyd olunan ünvanda kustar üsulla saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilərin hazırlanması və satışı ilə məşğul olub.

Keçirilmiş baxış zamanı qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsal prosesinin qurulduğu müəyyənləşdirilib. Həmin obyektdən saxta aksiz markaları ilə markalandığı ehtimal olunan 516 ədəd 0,7 litr, 74 ədəd 1,0 litr, 10 ədəd 0,5 litr həcmli "ORGANİC SOFT" ADLI alkoqollu içkilər, habelə aksiz markasi ilə markalanmamış 126 ədəd alkoqollu içki aşkarlanaraq götürülüb. Eyni zamanda, sexdə rulon şəklində 124 ədəd saxta aksiz markası, kustar üsulla araq bağlanması üçün xüsusi avadanlıq, araq şüşələri üçün etiketlər və tıxaclar, müxtəlif həcmli boş butulkalar müəyyən edilib. Araşdırma zamanı obyektdə əmək müqaviləsi bağlanmadan 3 nəfər işçinin də işlərə cəlb edildiyi müəyyənləşdirilib.

Nəzarət tədbirlərində iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən məhsullardan nümunələr götürülüb. Aşkar olunmuş hallarla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər