Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı

Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı
Dünya 17

Fransa Liqa 1-in VIII turu çərçivəsində keçirilməsi planlaşdırılan "Tuluza" - "Trua" matçının vaxtı dəyişdirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.

Oktyabrın 24-nə təyin olunan qarşılaşma bir gün sonraya - oktyabrın 25-nə keçirilib. Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Qərar həftəsonu Tuluza şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyaları ilə əlaqədar qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər