Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb

Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb
Digər 10

"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin nümayəndələri itkin düşənlərin doğmalarının və yaxınlarının səsini Avropaya çatdırmaq üçün Brüsselə səfər ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Nazənin Əliyeva bildirib.

Onun sözlərinə görə, əmisi ilə həyat yoldaşı 1993-cü ildə Şuşa istiqamətində döyüşüblər və hər ikisi itkin düşüb.

"Sonradan əmimin nəşi tapılıb və dəfn edilib. Həyat yoldaşım isə o vaxtdan bəri itkin düşmüş hesab olunur. Biz hələ də onun taleyi barədə heç nə bilmirik", - o bildirib.

N. Əliyeva qeyd edib ki, 30 ildən çox vaxt keçməsinə baxmayaraq, itkin düşənlərin doğmaları və yaxınları öz əzizlərinin taleyi barədə həqiqəti öyrənmək ümidini itirmirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər