Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
21
okt
2026
18:29
Sabah Bakının Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb
"2026-cı ildə Bakıda qeyri-yaşayış obyektlərinin qiymət artımı orta hesabla 13 faiz təşkil edib. Rayonlar üzrə artım göstəriciləri isə fərqli olub". BAKU.WS-in...