Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb
"2026-cı ildə Bakıda qeyri-yaşayış obyektlərinin qiymət artımı orta hesabla 13 faiz təşkil edib. Rayonlar üzrə artım göstəriciləri isə fərqli olub".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, ən yüksək artım Səbail rayonunda 27 faiz təşkil edib:
"Nəsimi və Nərimanov rayonlarında artım 24,3 faiz, Xətai rayonunda 17 faiz olub. Yasamalda 12,6 faiz, Nizamidə 12,4 faiz, Xəzərdə 10,9 faiz, Binəqədidə 10,7 faiz artım qeydə alınıb. Suraxanıda göstərici 9 faiz, Sabunçuda 7,3 faiz, Qaradağda 5,6 faiz, Pirallahıda isə 3 faiz təşkil edib".
Vüqar Oruc vurğulayıb ki, qiymət artımının yüksək olması həmin rayonun mütləq şəkildə ən bahalı ərazi olması demək deyil:
"Ən bahalı və ən ucuz rayonları müəyyən etmək üçün kvadratmetr üzrə mövcud qiymətlər və faktiki satış göstəriciləri müqayisə edilməlidir. Obyektlərin dəyərinə yerləşmə mövqeyi, ticarət və xidmət infrastrukturu, insan axını, sahə, təyinat və gəlir gətirmək potensialı təsir göstərir.
AQC sədri həmçinin elan qiymətləri ilə faktiki satış qiymətlərinin fərqləndirilməsinin vacibliyini qeyd edib:
"Kommersiya obyekti almaq istəyən sahibkarlar yalnız qiymət artımına deyil, investisiyanın gəlirliliyinə və qoyulan vəsaitin geri dönüş müddətinə də diqqət yetirməlidirlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz...