ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq?
ABŞ administrasiyası Moskvanın Vaşinqtonun son addımlarından sonra Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda kompromisə daha açıq mövqe sərgiləyəcəyini gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" nəşri məlumatlı mənbəyə istinadən yazıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinin satışına tətbiq edilən sanksiya məhdudiyyətlərini yumşaltmağa razılıq verməsi və Kremlin maraqlarına uyğun digər addımlar atması Ağ Evdə Moskvanın mövqeyinə təsir göstərə biləcəyi ilə bağlı gözləntiləri artırıb.
Nəşrin mənbəsi bildirib ki, Norveçin paytaxtı Osloda ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Rusiya ilə gələcək danışıqların istiqamətləri üzrə razılıq əldə olunub.
Görüş zamanı müharibənin dayandırılmasına dair çərçivə sazişi üzrə ümumi təkliflər müzakirə edilib. Ukrayna tərəfinin irəli sürdüyü yeni ideyalar ətraflı nəzərdən keçirilib. Mənbənin sözlərinə görə, müzakirələrdə əhəmiyyətli irəliləyiş qeydə alınıb və növbəti mərhələdə atılacaq addımlarla bağlı işçi səviyyəsində razılaşma əldə edilib.
"Axios"un yazdığına görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. O, danışıqlar zamanı yenilənmiş təkliflər paketini Rusiya liderinə təqdim edəcək. ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin də görüşə videobağlantı vasitəsilə qoşulacağı gözlənilir.
Oxşar xəbərlər
Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu
Xəzər dənizinin Qazaxıstan sahilində nərə cinsinə aid 173 balığın tələf olması aşkarlanıb. Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb....