İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
ABŞ tərəfi İranla danışıqlardan əvvəl Tehrana qarşı təzyiq, təhdid və sanksiyaları aradan qaldırmalıldır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib.
"Xalqımız bu gün Amerikaya etibar etmir və hesab edir ki, əgər danışıqlar aparsaq, yenidən bizə hücum edəcəklər", - o deyib. Pezeşkianın sözlərinə görə, Vaşinqton İran sakinləri arasında qeyri-sabitlik yaratmaq üçün informasiya savaşı aparır.
Pezeşkian bildirib ki, İran heç bir dövlətə hücum etməsə də, hərbi aqressiya qarşısında təslim oplmayacaq: "Müharibə bütün bölgə üçün dağıntı və zərərə səbəb olacaq".
Oxşar xəbərlər
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
Nigeriyada Ebola virusuna ilk yoluxma faktı rəsmi şəkildə təsdiqlənib. Yoluxma halı ölkənin səhiyyə qurumlarının məlumatları əsasında açıqlanıb. BAKU.WS xəbər v...