SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
Dünya 15

Hörmüz boğazında 2 milyon bareldən çox xam neft daşıyan tanker minaya düşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) bəyanat yayıb.

"Qaydanı pozan bir supertanker Hörmüz boğazının cənubunda dəniz minasına çırpılıb, partlayış və yanğın baş verib", - HDQ-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, iki milyon bareldən çox xam neftə malik tanker bütün radar sistemlərini söndürüb və SEPAH-ın xəbərdarlıqlarına məhəl qoymayıb:

"Fars körfəzi ilə Oman dənizindəki gəmilərin sahibləri və heyəti icazə verilməyən marşrutlardan keçdiklərinə görə məsuliyyət daşıyırlar. Bu boğazın təhlükəsizliyini pozan istənilən fəaliyyətə qətiyyətlə cavab veriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər