"ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır
ABŞ Prezidenti Donald Trampın administrasiyası bir neçə amerikalının həbsdən azad edilməsi barədə Rusiya tərəfi ilə razılaşma əldə etməyə yaxındır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "ABC News" iki amerikalı məmura və vəziyyətlə tanış olan daha bir mənbəyə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin məlumatına görə, danışıqları ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner aparırlar. Təmaslar zamanı təqaüddə olan 72 yaşlı müəllim Stiven Habbardın və daha bir neçə ABŞ vətəndaşının azad edilməsi müzakirə olunub.
"ABC News" qeyd edib ki, Stiven Habbard Dövlət Departamenti tərəfindən Rusiyada qanunsuz olaraq saxlanıldığı bildirilən yeganə amerikalıdır.
Daha əvvəl Norveçin Baş naziri Yonas Qar Störe bildirmişdi ki, Stiv Uitkoff və Cared Kuşner Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa yola düşəcəklər. TASS agentliyi Amerika nümayəndələrinin Rusiyaya səfəri barədə məlumatı oktyabrın 21-də mənbəyə istinadən təsdiqləyib.
Oxşar xəbərlər
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil
İran zənginləşdirilmiş urandan imtina etməyəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X"...