Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK
Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəbi tikiləcək.
BAKU.WS xəbər verir ki, tikinti işləri Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçiriləcək.
Layihənin ehtimal olunan dəyəri 9 milyon 172 min manat müəyyənləşdirilib.
Qeyd edək ki, 960 şagird yerlik məktəbin inşası Hüsülü kəndində təhsil infrastrukturunun gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu layihələr şagirdlərin daha müasir və əlverişli şəraitdə təhsil almasına, məktəblərdə sıxlığın azaldılmasına və bölgələrdə təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi
Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda stasionar müalicə alan pasiyentlərdən birinin institutun həyətində gəzintisi zamanı qəfil ür...