Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
22
okt
2026
23:36
Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisinə gedən yolda qeydə alınıb.
İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Vətən müharibəsi qazisi qətlə yetirildi
Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Qobusta...