Moskvada PUA hücumları səbəbindən 109 aviareys gecikib və ya ləğv edilib
Rusiyanın paytaxtı Moskvanın üç hava limanında pilotsuz uçuş aparatlarının (PUA) hücumları ilə əlaqədar 109 aviareysin gecikdirildiyi və ya ləğv edildiyi bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Ostorojno, Moskva" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, oktyabrın 25-dən 26-na keçən gecə Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarının yerləşdiyi ərazilərdə "Xalça" planı elan edilib. Bu rejim aviasiya təhlükəsizliyi ilə əlaqədar uçuşların məhdudlaşdırılmasını nəzərdə tutur.
Gecikdirilən və ya ləğv edilən reyslərin 49-u Şeremetyevo, 50-si Vnukovo, 10-u isə Domodedovo hava limanının payına düşüb.
Mənbənin məlumatına görə, Vnukovo hava limanında oktyabrın 25-i saat 23:00-dan oktyabrın 26-sı saat 09:30-dək təxminən 17 reys ləğv edilib.
Hazırda Moskvanın hər üç hava limanının adi rejimdə fəaliyyət göstərdiyi bildirilir.
Oxşar xəbərlər
Moskvada universitetdə bomba həyəcanı: tələbə və əməkdaşlar təxliyə edildi
Rusiyanın Moskva Dövlət Mədəniyyət İnstitutunda bomba təhlükəsi ilə əlaqədar təxliyə elan edilib. BAKU.WS xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin mət...