Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub
Hörmüz boğazından keçən gəminin gəmi əleyhinə qanadlı raketlə vurulduğu iddia edilir. Hadisə ilə bağlı ilkin məlumatlar açıqlansa da, insident hələlik rəsmi şəkildə təsdiqlənməyib.
BAKU.WS xəbər verir ki, "Fars" agentliyi "BeamTracker Military OSINT" platformasına istinadən məlumat yayıb.
"İlkin məlumatlar Hörmüz boğazında partlayış barədə xəbər verir. Bu partlayış gəmi əleyhinə qanadlı raketin atılması nəticəsində baş verib", – deyə platformanın məlumatında qeyd olunub.
Məlumatda Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Noam Reydanın da fikirlərinə yer verilib.
"Oktyabr ayında Hörmüz boğazında və ətraf su yollarında kommersiya gəmilərinə qarşı hücumlar rekord səviyyəyə çatıb", – deyə analitik bildirib.
Qeyd edək ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü iddia edir. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmilərlə vurulduğu barədə məlumatlar yayıb.
Lakin "Fars" agentliyinin son insidentlə bağlı yaydığı məlumata UKMTO hələlik münasibət bildirməyib.
Oxşar xəbərlər
Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb
Fransada oktyabrın 24-də keçirilən kütləvi nümayişlər zamanı baş verən iğtişaşlarla əlaqədar 1 300-dən çox şəxs saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə "L...