Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb
İran Prezidenti Məsud Pezeşkian ölkədə uzun illər ərzində vahid məlumatların olmamasının ayrı-seçkiliyə səbəb olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Pezeşkian bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Qeydiyyata əsaslanan siyahıyaalma haqq və ədalət təməlində ağıllı idarəetmə, nəzarət və qiymətləndirmə üçün dəyərli bir addımdır. Uzun illər ərzində vahid məlumatların olmaması ölkədə ayrı-seçkiliyə zəmin yaradıb", – deyə dövlət başçısı qeyd edib.
Pezeşkianın sözlərinə görə, dəqiq məlumatların toplanması ölkənin bütün ərazisində ədalətin təmin olunmasına şərait yaradır. Bu yanaşma həmçinin həyata keçirilən layihələrin səmərəliliyini və məhsuldarlığını artırır.
Oxşar xəbərlər
Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb
Fransada oktyabrın 24-də keçirilən kütləvi nümayişlər zamanı baş verən iğtişaşlarla əlaqədar 1 300-dən çox şəxs saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə "L...