Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA
Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasından zorakılıq iddialarına cavab verilib.
Bağçanın icraçı direktoru Şəfəq Həsənzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin işçi işdən çıxarılıb və bununla bağlı şikayətə hüquqi qiymət verilib.
*** 15:25
Paytaxtda bağçalardan birində uşaqların zorakılığa məruz qaldığı iddia olunur.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə şikayət daxil olub.
Kadrlar Badamdar qəsəbəsində yerləşən "EOS Junior" uşaq bağçasındandır.
Valideyn qeyd edib ki, bağçadakı uşaqlar kameralar olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.
Şikayətçi bildirib ki, bu zorakılığı məktəb direktoru edir.
Valideynin sözlərinə görə, uşaqları döyən bu qadın barədə bir neçə dəfələrlə şikayət edilib, lakin o hələ də uşaqları döyərək işləməyə davam edir.
Şikayətdə o da bildirilib ki, bağçadan çıxarılan uşaqlar hazırda pisixoloji dəstək alır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı DİN (Daxili İşlər Nazirliyi) araşdırma aparır.
Oxşar xəbərlər
İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb?
Bakıda yağıntılı hava şəraitində müxtəlif ərazilərdə subasma və yağış sularının toplanması halları tez-tez müşahidə olunur. Belə ərazilərdən biri də "Sabunçu ke...