Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.
Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin ax...