Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı

Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı
Video
Şou-biznes 62

Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni Hakkı Bulut evə buraxılıb.

BAKU.WS xəbər verir ki, İstanbulun Bəylikdüzü bölgəsindəki bir məkanda çıxış edərkən özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan Hakkı Bulut müalicədən sonra evə buraxılıb.

O xəstəxanadan çıxarkən başına gələn hadisənin təzyiq səbəbindən olduğunu bildirib.

"Yüksək təzyiq məni bu vəziyyətə gətirdi" -deyə o vurğulayıb.

Xatırladaq ki, arabesk musiqisinin sevilən simalarından olan Hakkı Bulut ötən gecə çıxış etdiyi məkanda huşunu itirərək yıxılıb. Məkanda ilk tibbi yardım göstərildikdən sonra sənətçi təcili yardım xəstəxanaya aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi

Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi

Məşhur müğənni Roza Zərgərlinin müğənni qızı BenAy yeni layihəsini təqdim edib.BAKU.WS xəbər verir ki, sənətçi "İndi bax" adlı mahnısını yayımlayıb.Sözləri Emil...

64 Şou-biznes 16:12 24 oktyabr 2026

Son xəbərlər