Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi
Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli taekvondo federasiyasının prezidenti Slavi Binev öldürülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Nova" telekanalı xəbər verir.
O, başından güllələnərək öldürülüb, hadisə yerində giliz aşkar edilib.
Qətl barədə məlumat alındıqdan təxminən bir saat sonra hakimiyyət orqanları "Trayanın qapıları" tuneli rayonunda silahla üç nəfəri – bir Bolqarıstan vətəndaşını, iki Türkiyə vətəndaşını saxlayıb.
Cinayətin motivinin nizama salınmamış maliyyə münasibətləri olduğu ehtimal edilir.
Saxlanılanların silah saxlamaq üçün icazəsi olub.
Sofiya şəhər prokurorluğu artıq iş üzrə məhkəməyə qədərki araşdırmaya başlayıb. Sabah saxlanılan üç nəfərə ittiham irəli sürülüb-sürülməyəcəyi və onların 72 saat ərzində həbs altında saxlanılıb-saxlanılmayacağı məlum olacaq.
Oxşar xəbərlər
Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək
Bütün Fransa üzrə etirazlarla əlaqədar 135 nəfər saxlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunyes brifinq zam...