Ayı məktəbə su borusu ilə girməyə çalışıb

Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Dünya 24

Rusiyanın İrkutsk vilayətinin Za­loq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Xalq Cəbhəsi" ictimai hərəkatının regional bölməsi məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, ayı gecə saatlarında məktəbin ərazisinə gəlib. Yemək əldə etməyə çalışan heyvan məktəbin giriş pilləkənini dağıdıb, qıfılı qırıb. Daha sonra su borusu ilə yuxarı qalxmağa cəhd göstərib. Lakin boru ayının ağırlığına tab gətirməyib və heyvan yerə yıxılıb.

Səs-küyü eşidən məktəbin gözətçisi Aleksey digər əməkdaşı və təcrübəli ovçu Vladimir ilə birlikdə əraziyə çıxıb. Onlar məktəbin ərazisində yırtıcı heyvanın olduğunu müəyyən edərək 112 xidmətinə zəng ediblər.

Daha sonra ayını kənddən kənarda təqib edərək yaxalayıblar və öldürüblər.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Krasnoyarsk diyarında qonur ayı məktəb avtobusunun dayandığı əraziyə çıxıb. Hadisə kameraya düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər