Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Dünya 6

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətlərinin kəskin ucuzlaşacağını bəyan edib.

BAKU.WS-in "KTIV" telekanalına istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ayova ştatında keçirilən mitinqdə danışıb.

O bildirib ki, nizamlanmanın hansı yolla əldə olunmasından asılı olmayaraq, İranla münaqişə yaxın vaxtlarda başa çatacaq.

"Biz bu və ya digər şəkildə İranla işi çox tezliklə bitirəcəyik. Benzinin və neftin qiymətləri kəskin şəkildə düşəcək", – deyə ABŞ lideri vurğulayıb.

Tramp, həmçinin səkkiz silahlı münaqişənin nizamlanmasına nail olduğunu iddia edib və Rusiya-Ukrayna münaqişəsinin də sona yaxınlaşdığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər