Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar
Azərbaycan şahmatçıları Monteneqronun Budva şəhərində keçirilən klublararası Avropa Kubokunda medallar qazanıblar.
Bu barədə BAKU.WS-ə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Kişi şahmatçıların yarışında aktivində 10 xalı olan "Vüqar Həşimov" komandası 10-cu yerdə qərarlaşıb.
Qadın şahmatçıların turnirində hərəyə 10 xalı olan Serbiyanın "Sirmium Sremska Mitrovitsa" və ölkəmizin "Odlar Yurdu" klubu 3-4-cü yerləri bölüşüb.
"Odlar Yurdu" əlavə göstəricilərə görə 4-cü sırada yer alıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin "Baegan Pendik" klubu Avropa Kubokunun qalibi olub.
"Vüqar Həşimov" klubunun heyətində mübarizə aparan Aydın Süleymanlı şəxsi nəticələrə görə birinci lövhədə bürünc medal qazanıb. "Odlar Yurdu"nda çıxış edən Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl mükafata sahib çıxıb.
Oxşar xəbərlər
Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-...