Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar
Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı "Ab Hava" restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.
Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.
Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.
Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.
Qalereya
Oxşar xəbərlər
Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir
Gəncədə 60 yaşlı qadın bıçaqlanıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər ərazisində 1966-ci il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində...