Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir

Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir
Hadisə 27

Gəncədə 60 yaşlı qadın bıçaqlanıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər ərazisində 1966-ci il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 1965-ci il təvəllüdlü Adil Məmmədovdur. O, hadisəni törətdikdən sonra ərazidən qaçıb.

Şübhəlinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər