Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.
Almaniyadan gələn turistlərin sayı 17 529 (illik artım 13,8 %), Böyük Britaniyadan 16 213 (+3,4 %), İtaliyadan 9 670 (+4,7 %), Fransadan 4 500 (+3,6 %), İspaniyadan 4 468 (-7,6 %), Niderlanddan 4 189 (+8,7 %), Portuqaliyadan 2 055 (+23,8 %), Belçikadan 2 044 (+11,2 %), Avstriyadan 2 026 (+5 %), İsveçdən - 1 878 (+10,1 %), İsveçrədən 1 630 (+11,7 %), Yunanıstandan 1 291 (-15,5 %), İrlandiyadan 1 132 (+2,4 %), Norveçdən 972 (-3,4 %), Danimarkadan 953 (+32,7 %), Finlandiyadan 599 (+7,3 %), Lüksemburqdan 260 (-15 %), İslandiyadan 207 (+39,9 %), Maltadan 176 (+6 %), Andorradan 53 nəfər (+341,7 %) təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin avqust ayında Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-15 ölkə arasında Almaniya 14-cü (2 839 nəfər), Böyük Britaniya isə 15-ci (2 325) pillədə qərarlaşıb.
Cari ilin 8 ayı ərzində Azərbaycana 1,585 milyon əcnəbi səfər edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 % (1,72 milyon) azdır.
2025-ci ildə Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 5,28 % artaraq 112 446 nəfərə çatıb.
Oxşar xəbərlər
Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilə...