77 nömrəli avtobusda dava - Sərnişin sürücüyə hücum etdi
77 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişinlər arasında dava baş verib.
Bu barədə məlumat və götüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Videoda sərnişinlərdən birinin əsəbi halda sürücüyə hücum çəkdiyi anlar əsk olunub.
Sərnişinin sözlərinə görə, 22 oktyabrda "İçərişəhər" metrostansiyasından Axundov bağı istiqamətindəki dayanacaqda avtobusu saat 13:53-dən 14:26-dək gözləyiblər. Daha sonra bir neçə avtobus ard-arda gəlib. Bu zaman avtobuslardan birinin sürücüsü ilə sərnişinlər arasında mübahisə yaranıb.
Şikayətçi iddia edir ki, sürücü onlarla kobud rəftar edib.
Bundan başqa, sərnişin iddia edir ki, saat 18:31-də isə İnşaatçılar ərazisində sürücünün qəfil əyləcləməsi nəticəsində iki kişi yıxılıb, özü və digər sərnişinlər xəsarət alıblar.
Oxşar xəbərlər
Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?
Bakıda məşhur tikinti şirkəti yaşıllıq zolağını məhv edir. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a vətəndaş Elçin Xəlilzadəmüraciət edib. Şikayətçi bildirir...