Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub

Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub
Dünya 23

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında iki həftədən çox davam edən fasilədən sonra beynəlxalq uçuşlar bərpa edilib.

BAKU.WS xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, Yəməndəki husilərin hücumları səbəbindən fəaliyyətini dayandıran hava limanının birinci və ikinci terminalları oktyabrın 25-dən etibarən yenidən istifadəyə verilib.

Hava limanının administrasiyasından bildirilib ki, birinci terminal daxili uçuşlara, ikinci terminal isə ölkənin milli aviaşirkətlərinin beynəlxalq reyslərinə xidmət göstərəcək.

Bu arada Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyad istiqamətində hərəkət edən ballistik raket və pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, oktyabrın 10-da husilərin məsuliyyətini üzərinə götürdüyü hücumdan sonra hava limanının fəaliyyəti dayandırılmışdı. Husilər isə hava limanını yenidən hədəfə ala biləcəkləri barədə xəbərdarlıq ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər