Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı
Türkiyəli müğənni Güllünün müəmmalı ölümü ilə bağlı məhkəmə prosesində diqqətçəkən detallar üzə çıxıb. Məhkəmə sənədlərində sənətçinin qızı Tuğyan Ülkəm Gülterin anasını pəncərədən itələdiyi qənaətinə gəlindiyi bildirilib.
BAKU.WS xəbər verir ki, Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi Güllünün ölümü ilə bağlı iş üzrə qızı Tuğyan Ülkəm Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarını açıqlayıb.
Qərarda şahid Sultan Nur Ulunun ifadələri və məhkəmə-tibbi ekspertizasının nəticələri əsas götürülüb. Ekspertiza zamanı pəncərənin kənarında sürüşməyə səbəb ola biləcək hər hansı maddənin izləri aşkarlanmayıb.
Bununla belə, məhkəmə hadisənin əvvəlcədən planlaşdırıldığına dair kifayət qədər sübutun olmadığını da qeyd edib.
Qərardan iki həftə ərzində apellyasiya şikayəti verilə bilər. Tuğyan Ülkəm Gülterin vəkili isə hökmü qanunsuz hesab etdiyini və ondan şikayət edəcəyini bildirib.
Qeyd edək ki, müğənni Güllü 26 sentyabr 2025-ci ildə Yalovanın Çınarcık rayonunda yerləşən altımərtəbəli binanın pəncərəsindən yıxılaraq həyatını itirib. Onun ölümü Türkiyədə geniş rezonans doğurub.
Oxşar xəbərlər
KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır
ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı hücumlar hazırladığı barədə məlumat əldə edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...