Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb
İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinə başçılıq edən Qulamhüseyn Möhsüni-Ejei ilə görüşdə müasir texnologiyalardan maksimum istifadəni tapşırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bunu təşkilat və qurumların idarəetməsinə dəstək məqsədilə deyib.
"İranda ABŞ ilə İsrailin hücumları nəticəsində xalqa dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində işlər gücləndirilməlidir", - Xamenei əlavə edib.
Bundan başqa, cinayətə səbəb olan vəzifə səhlənkarlıqlarının araşdırılması, məsul qurumlarla əməkdaşlıq çərçivəsində cinayətkarlıqla qətiyyətli mübarizə aparılması, hüquq pozuntularına şərait yaradan amillərin aradan qaldırılması tapşırılıb.
Oxşar xəbərlər
CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir
Birləşmiş Ştatlar regionda vəziyyətin daha da gərginləşməsi təhlükəsi fonunda Yaxın Şərq ölkələrindən öz diplomatik nümayəndəlikləri əməkdaşlarının bir hissəsin...