"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
24
okt
2026
21:21
Misli Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"la qarşılaşıb.
BAKU.WS xəbər verir ki, "Palms Sports Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Ev sahiblərinin heyətində Breno Almeyda (44), qonaqlardan isə Aleksa Yankoviç (77) adını tabloya yazdırıb.
"Neftçi" 18 xalla ikincidir. "Turan Tovuz" isə 15 xalla dördüncü sırada qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.
Oxşar xəbərlər
Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək"
Prezident İlham Əliyevin Azərbaycan komandasını təbrik etməsi futbolçulara əlavə motivasiya verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə U-15 dü...