Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
24
okt
2026
20:31
Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
BAKU.WS xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) finala yüksəlməyi bacarıblar.
Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) isə 1/4 final mərhələsində məğlub olublar.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.
Oxşar xəbərlər
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
Misli Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"la qarşılaşıb. BAKU.WS xəbər verir ki, "Palms Sports Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə...