Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında "Kəpəz" səfərdə "Şəfa" ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
"Sarı-göylər"in qollarını 74-cü dəqiqədə penaltidən Şakir Seyidov, 80-ci dəqiqədə Blessinq Olabiran vurublar. Meydan sahiblərindən 55-ci dəqiqədə Maudo Jarjue fərqlənib.
Xallarının sayını 14-ə çatdıran "Kəpəz" hələlik beşinci pillədə qərarlaşıb. "Şəfa" 3 xalla 11-cidir.
Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.
Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.
Oxşar xəbərlər
Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ikinci oyunda da uduzub. BAKU.WS report...