İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib

İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib
Foto
Şou-biznes 99

Aktyor və rejissor Sermiyan Midyat müğənni İbrahim Tatlıseslə bağlı maraqlı etiraf edib.

BAKU.WS xəbər verir ki, Midyat illər əvvəl silahlı hücuma məruz qalan Tatlısesin xəstəxana müalicə aldığı dövrdə 40 gün "Ay Lav Yu" filmini izlədiyini bildirib.

Buna görə Tatlıses Sermiyan Midyata təşəkkür də edib:

"Mən 40 gündür xəstəxanadayam. 40 gün boyunca hər gün sənin filminə baxıb mənəvi güc aldım. Allah səndən min dəfə razı olsun" - deyə sənətçi bildirib.

"Sonra qucaqlaşıb birlikdə ağladıq. Çox qəribə və məni dərindən təsirləndirən an idi" - deyə Sermiyan Midyat qeyd edib.

İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər