Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək"

Famil Xəlilov: Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək
İdman 43

Prezident İlham Əliyevin Azərbaycan komandasını təbrik etməsi futbolçulara əlavə motivasiya verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə U-15 dünya çempionatı və festivalındakı ilk oyunda Timor-Leste yığmasını məğlub edən Azərbaycan komandasının baş məşqçisi Famil Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra ölkə başçısının onları təbrik etdiyini söyləyib:

"Ölkə Prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək".

F. Xəlilov böyükhesablı qələbə qazandıqları üçün sevindiklərini deyib:

"İlk hissədə bir az çətinlik yaşadıq. Sonra toparlanaraq layiq olduğumuz qalibiyyət əldə etdik. Qarşıda daha güclü komandalarla oyunlar var".

Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər