Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
25
okt
2026
09:47
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yolu keçmək istəyən Tovuz rayon sakini, 46 yaşlı A. Əsgərovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Sürücü "Chery Tigg...