Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb

Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb
Video
Hadisə 36

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Sürücü "Chery Tiggo" markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.

Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər