Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən şəxslərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov olduğu müəyyənləşib.
Hadisə yerindən qaçaraq gizlənən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Qeyd edək ki, hadisə zamanı öldürülən Ceyhun ətrafında "Ceyhun Sabunçu" adı ilə tanınıb.
Məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib.
Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Onlardan Elmar Cəfərov və Emin Rəhimov qəsdən adam öldürməkdə şübhəli bilinirlər.
Oxşar xəbərlər
İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
Bakıda qadın sevgilisini qarət edib. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən Dağüstü parkda qeydə alınıb. Məlumata görə, 20...