Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir

Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Dünya 20

Serbiyada parlamentin yeni tərkibinin müəyyənləşdirilməsi üçün seçki məntəqələri fəaliyyətə başlayıb. Səsvermə nəticəsində ölkə parlamentində təmsil olunacaq 250 deputat seçiləcək.

BAKU.WS xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-dək seçicilərin üzünə açıq olacaq.

Qeyd edək ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti də seçkiləri müşahidə etmək məqsədilə Serbiyaya səfər edib.

Səfərin əsas məqsədləri seçki prosesinin izlənilməsi, eləcə də seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər