"Sabah" "Qarabağ"ı qəbul edəcək
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq.
BAKU.WS xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir.
Günün son görüşündə isə "Sabah" "Dalğa Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür.
Misli Premyer Liqası
I dövrə, IX tur
25 oktyabr
15:00. "İmişli" – "Şamaxı"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu
18:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Dalğa Arena"
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.
Oxşar xəbərlər
Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu...