Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb

Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb
Dünya 11

Fransada oktyabrın 24-də keçirilən kütləvi nümayişlər zamanı baş verən iğtişaşlarla əlaqədar 1 300-dən çox şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumata görə, Parisdə 142 nəfər saxlanılıb, onlardan 126-sı həbs edilib. Təhlükəsizlik tədbirlərinin daha yaxşı təşkil olunması nəticəsində paytaxtda əvvəlki həftə ilə müqayisədə daha az insident qeydə alınıb.

Parisdə yalnız bir mağaza qarət edilib. Polis avtosalona müdaxilə etməyə çalışan şəxslərin qarşısını da dərhal alıb.

Ümumilikdə, oktyabrın 24-də Fransa üzrə 24 qarət hadisəsi qeydə alınıb. Halbuki bir həftə əvvəl 1 500 ticarət obyektinin qarət edildiyi bildirilmişdi.

Bununla belə, bir sıra mağazalara ziyan dəyib. İğtişaşların qarşısını almaq üçün görülən tədbirlər zamanı 53 polis əməkdaşı xəsarət alıb. Ən azı iki etirazçının isə ağır yaralandığı qeyd olunur.

Oktyabrın 24-də Fransanın müxtəlif şəhərlərində həmkarlar ittifaqlarının və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişlər keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 410 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə nümayişçilərin sayının 800 min nəfər olduğunu açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər