"İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib

İnter son dəqiqələrdə vurduğu qollarla Fiorentinaya qalib gəlib
İdman 32

İtaliya A Seriyasının 8-ci turunda "İnter" doğma meydanda "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib.

BAKU.WS xəbər verir ki, Milandakı "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşmada hesabı 65-ci dəqiqədə "Fiorentina"nın futbolçusu Alexandro Ximenes açıb.

Matçın əsas vaxtının sonlarında "İnter" hesabı bərabərləşdirib. Markus Türam 90+1-ci dəqiqədə fərqlənərək komandasına ümid verib.

Qarşılaşmanın taleyini isə 90+8-ci dəqiqədə Pyotr Zelinskinin penaltidən vurduğu qol həll edib. Beləliklə, "İnter" əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "İnter" turnir cədvəlinin liderliyinə yüksəlib. Cəmi 4 xalı olan "Fiorentina" isə 18-ci pillədə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər