Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib
Rusiyanı tərk edən məşhur müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" ticarət nişanı üzərində hüquqlarını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Sözügedən ticarət nişanı vasitəsilə şirniyyat, zərgərlik məmulatları, spirtli içkilər, tütün məhsulları, çap nəşrləri və digər məhsullar istehsal edilə bilərdi.
Qeyd edək ki, Puqaçova hələ 2020-ci ildə Yeni Urenqoy şəhərindən olan qənnadıçı Kristina Martirosyanla bu brend uğrunda təxminən altı ay davam edən hüquqi mübahisə yaşayıb. Martirosyan öz tortlarını şəxsi adı ilə satmaq istəyib. Həmin vaxt məhkəmə müğənninin əleyhinə qərar verib və qənnadıçıya öz "Kristina" brendini yaratmağa icazə verilib.
Bundan əlavə, müğənni avqust ayında "Baronessa fon Orbah" brendi üzərində hüquqlarını da itirib. Bununla belə, o, hələ də "Alla" ticarət nişanına dair hüquqlarını qoruyub saxlayır.
Oxşar xəbərlər
Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir"
Aparıcı Aytən Səfərova şəkərdən imtina edib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, bunun səbəbləri haqda "Xəbər ertəsi" proqramında danışıb: "Son vax...